Haqqımda

Dr. Mədinə Dilbazi

Endokrinoloq-Diyetoloq. 15 ildən artıq klinik təcrübə. Azərbaycan Tibb Universiteti məzunu, Türkiyə Ege Universiteti ixtisasçısı. TEMD fəxri üzvü.

Dr. Mədinə Dilbazi
TEMD
Fəxri Üzv Türkiyə Endokrin & Metabolizma Dərnəyi
🏥 Leyla Medical Center
🎓 Ege Universiteti
🌍 Dubai ACT 2024
📅 15+ İl Təcrübə

Şəxsi Hekayə

Həkimlik seçimi —
həyat boyu savaş

"Uşaqlıqdan özüm də artıq çəki ilə mübarizə apardığım üçün piylənmə müalicəsi mənim üçün xüsusi əhəmiyyət daşıyır."

9-cu sinifdə həkim olmaq qərarı verdim. Valideyinlərim — hər ikisi də həkim — mənim bu seçimə getməyimi istəmirdi. Dirəndim. Kimya, biologiya, fizika derslərini özüm seçdim. Azərbaycan Tibb Universitetini bitirdim, sonra Türkiyənin İzmir şəhərindəki Ege Universitetinə endokrinologiya ixtisası üçün getdim. Hal-hazırda Leyla Medical Center-də pasientlərimi qəbul edirəm.

Endokrinologiyanın məni ən çox həyəcanlandıran sahəsi piylənmədir. Elə ən çox baxdığım xəstə profili də obez xəstələrdir. Uşaqlıqdan özüm də artıq çəki ilə mübarizə apardığım üçün belə alınıb. Hər bir pasientə fərdi yanaşır, qan analizlərini, bədən analizatorunu və klinik tablonu birlikdə dəyərləndirirəm.

"Artıq çəki taleyiniz deyil. Piylənmə endokrin bir xəstəlikdir — sizin iradəsizliyinizlə deyil, metabolik, hormonal və genetik faktorlarla bağlıdır."

— Dr. Mədinə Dilbazi

Təhsil & İxtisaslaşma


2004–10
Azərbaycan Tibb Universiteti
Müalicə işi fakültəsi. Tibb doktoru dərəcəsi.
2011
4 saylı Şəhər Klinik Xəstəxanası, Bakı
Endokrinologiya ixtisası üzrə internatura.
2016–17
Ege Universiteti, İzmir, Türkiyə
Endokrinologiya & Metabolizma bölümündə ixtisaslaşma kursu. Tiroid xəstəlikləri kursu. Diabet idarəetmə kursu. Dietologiya & Metabolizma kursu. Osteoporoz kursu.
2017–18
TEMD — 39-cu & 40-cı konfrans, Antalya
Türkiyə Endokrin & Metabolizma Dərnəyinin illik beynəlxalq konfransları.
2019
Bariatrik & Metabolik Cərrahiyyə Konfransı
Cərrahiyyə ilə piylənmə müalicəsinə multidisiplinar yanaşma.
2023
BAMEAC Obesity Scientific Exchange & Speaker Training, İstanbul
Liraqlutid və arıqlama iynələrinin kardio-metabolik effektləri.
2024
Dubai ACT Sammiti — Advancing Cardio-metabolic Treatment
Ölkəmiz adından Dubayda piylənmə, diabet və kardio-metabolik müalicə sammitinə iştirak. Novo Nordisk.
2024
ENDOKURS 9 — TEMD Elmi Tədbirdir
Türkiyə Endokrinologiya & Metabolizma Dərnəyi tərəfindən keçirilən ENDOKURS 9 elmi tədbirə Azərbaycan nümayəndəsi kimi iştirak.

Üzvlüklər & Sertifikatlar

🏅 TEMD Fəxri Üzvü 🏥 Leyla Medical Center 🔬 Referans Medical Group 🌍 Dubai ACT Sammiti 2024 📚 BAMEAC Speaker 2023 🎓 Ege Universiteti İxtisas 📋 Tiroid Biopsiyası (TİİAB) ⚕️ Endokrin Klub üzvü

Müalicə Fəlsəfəsi

Fərdi Yanaşma,
Davamlı Nəticə

Hər pasient fərqlidir. Eyni müalicəni hamıya tətbiq etmək mümkün deyil. Hormon balansını bərpa edərək həyat keyfiyyətini artırmaq əsas hədəfimdir.

Fərdi Müayinə

Qan analizləri, bədən analizatoru, klinik tablo bir yerdə dəyərləndirilir. 40 dəqiqəlik ətraflı konsultasiya.

Hormonal Korreksiya

Tiroid, insulin, kortizol, prolaktin, cinsi hormonlar — bütün sistemin tarazlığı yoxlanılır.

Davamlı Nəticə

Müvəqqəti deyil, davamlı nəticə. Həyat tərzi dəyişiklikləri müalicənin ayrılmaz hissəsidir.

Empatik Yanaşma

Özüm də artıq çəki problemini yaşadım. Xəstənimi anlamaq üçün bu təcrübə çox dəyərlidir.

Müasir Protokollar

GLP-1 agonistlər, CGM, InBody analizi — ən müasir klinik protokollar tətbiq edilir.

Multidisiplinar

Lazım olduqda kardioloq, nefroloq, ginekoloq, psixiatr kolleqalarla əlaqəli iş.

Mənimlə Əlaqə Saxlayın

Sağlamlığınız üçün ilk addımı atın. Randevu alaraq ətraflı müayinəyə müraciət edin.

📍 Ünvan & Əlaqə